(?-?) – 13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri” iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir.
Əd.: ASE, IV cild, Bakı,1980, s. 308