(5.5.1906, Şamaxı ş. – 30.10.1990, Bakı) – Azərbaycan coğrafiyaçısı, coğrafiya elmləri namizədi (1962). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Azərbaycan SSR Maarif Komissarlığında, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan EA Ədəbiyyat İnstitutunda, Coğrafiya İnstitutunda çalışmışdır. Əsas tədqiqat sahəsi Azərbaycanın toponomikasının, coğrafi obyektlərin adlarının mənşəyinin öyrənilməsi ilə bağlıdır.
Məlumat R. Yüzbaşovun ailəsindən alınmışdır.