(7.2.1938, Şamaxı ş.) – geoloq, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru (1978). Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirmişdir. Türkmənistan Respublikasının geoloji ekspedisiyasında geoloq (1961-63), AZNEFT İB-nin “Binəqədineft” NQÇİ-də sahə rəisi, mühəndis vəzifələrində çalışmışdır (1963-69).
Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda elmi işci və aparıcı elmi-işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. Əlcəzair Demokratik Respublikasının “SONATRAK” Dövlət Neft Şirkətində böyük geoloq işləmişdir (1981-85). Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun ən böyük elmi bölmələrindən birinə rəhbərlik etmiş (1986-2014), institut direktorunun elmi işlər üzrə müavini olmuşdur (1986-92). Azərbaycan Respublikası ərazisinin geoloji quruluşunun, inkişaf tarixinin, neft-qaz resurslarının və perspektivliyinin kompleks öyrənilməsi və axtarış-kəşfiyyat işlərinin səmərəli istiqamətlərinin müəyyən edilməsinə həsr olunmuş 4 monoqrafiya və 100-dən çox elmi əsərin müəllifidir. 1994 ildə Amerika Neftçi Geoloqlar Assosiasiyasının həqiqi üzvü, vitse-prezidenti, 2001 ildə isə Beynəlxalq Avropa Yer Elmləri Cəmiyyətinin üzvü seçilmişdir.
Məlumat X. Yusifovun ailəsindən alınmışdır.