Şamaxı r-nu Avaxıl i.ə.d.-də qəsəbə. Niyaldağ silsiləsinin Alçalı Pir yaylasında yerləşir. Bəzən Pirqulu dağını Alçalı Pir yaylası ilə qarışıq salaraq qəsəbənin yerləşdiyi ərazini Pirqulu yaylası adlandırırlar. Pirqulu dağı bu qəsəbədən qərb tərəfdə yerləşir. Əhalisi 41 nəfərdir (2009), 6 təsərrüfatı var.
Yaşayış məntəqəsi Şamaxı Astrofızika Rəsədxanasının işçiləri üçün salınmış, görkəmli Azərbaycan alimi, kimyaçı, akademik Yusif Məmmədəliyevin (1905-61) şərəfınə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 288
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.38