Şamaxı r-nu Göylər i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Gəcənov yaylasında yerləşir. Əhalisi 180 nəfərdir (2009), 40 təsərrüfatı var. Kəndin ərazisi bəylərə məxsus olmuş, orada bəyin malikənəsi əsasında sonralar Bağırlı və başqa kəndlərdən bir neçə ailə məskunlaşması nəticəsində Bəylər obası-Yenikənd adı ilə formalaşmışdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.120