(? – ?) – 11 əsrdə Şirvanda yaşamış alim. Kafiəddin Ömər elm dünyasına atılarkən Şirvanşah onu imtahana çəkmək işini Xoca Adıgözələ tapşırmışdı. Onların arasında uzun müddət diskussiya getmişdir. Dinin dərk edilməsi, onun fəlsəfi mahiyyəti, fanatizm, dünyəvi elmlə islam dini arasında əlaqə və fərqlər sahəsində Kafiəddin Şirvani, astronomiya sahəsində Əbdülkərim Şirvani ilə diskussiyalar aparmışdır. Daşıdığı epitet (“xoca”) onun şahlıqda böyük hörmətinin olmasını və yüksək vəzifə tutduğunu göstərir.
Əd.: E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.45