(? – 5.11.1535) – Şirvanşah [1524-35]. Dərbəndilər sülaləsindən idi. Atası II İbrahimin [1502-24] ölümündən sonra hakimiyyətə keçmişdi. Səfəvilərdən asılı vəziyyətə düşən II Xəlilüllah I Şah İsmayılın qızı Pərixan xanımla evlənmişdi. Səfəvilərin vassallığından qurtarmağa çalışan II Xəlilüllahın bütün səyləri nəticəsiz qaldı. Ölümündən sonra hakimiyyətə övladı olmadığı üçün qardaşı oğlu Şahrux keçdi.
Əd.: ASE, X cild, Bakı, 1987, s.76