(9.5.1928, Quba r-nunun Xucbala k. – mart, 1994, Bakı) – Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru (1974), professor (1982), Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan Tarixi Muzeyinin arxeoloji texnologiya laboratoriyasının müdiri, Azərbaycan EA Tarix İnstitutunun baş elmi işçisi olmuşdur. 1968 ildən ADU-da arxeologiya fənnindən mühazirələr oxumuşdur. 1968 ildən ömrünün sonunadək o, Tarix İnstitutunda əsasını qoyduğu çöl-tədqiqat işləri şöbəsinə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Azərbaycan EA Tarix, habelə Arxeologiya və Etnoqrafıya institutlarının Şamaxı (1958-75), Gəncə-Qazax (1981-82), Quba-Xaçmaz (1983-94) kimi iri ekspedisiyaları fəaliyyət göstərmişdir. Sarıtəpə abidəsində e.ə. 5-4 əsrlərə aid möhtəşəm bir saray qalıqlarının üzə çıxarılması və burada Əhəməni imperiyasının canişinlərindən birinin iqamətgahının yerləşdiyinin müəyyən edilməsi, Şamaxı şəhəri yaxmlığındakı Xınıslı şəhərgahında qədim yunan müəllifı (2 əsr) Klavdi Ptolemeyin xatırladığı Samexiya (Kamexiya) alban şəhərinin qalıqlarının aşkar edilməsi və beləliklə, Şamaxı şəhərinin 2400 yaşı olduğunu müəyyən edilməsi C.Ə. Xəlilovun əsas arxeoloji nailiyyətləri sırasına daxildir. 1958-74 illərdə tədqiq olunmuş Xınıslı abidəsindən 3500-ə yaxın müxtəlif arxeoloji material üzə çıxarılmışdır. Bunların arasında Qədim Romada istehsal edilmiş qızıl örtüklü qartal formalı sancaq, hun sənətinə aid qiymətli daşlarla bəzədilmiş qızıl örtüklü diadem, İran şahənşahının ov səhnəsini əks etdirən, İranda Sasani dövründə istehsal edilmiş qızıl suyuna çəkilmiş gümüş cam və digərləri əsil qiymətli incəsənət əsərləridir. Bu tapıntılar hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunda mühafizə edilir. 1965-68 illərdə C.Ə. Xəlilov tərəfındən Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığındakı qədim abidədə daş insan heykəlləri aşkar edilmişdir. 1974 ildə Şamaxı şəhərində “Tarix və mədəniyyət abidələrinin mühafızəsi ümumxalq işidir” mövzusunda elmi konfrans keçirmiş və səyyar sərgi təşkil etmişdir. Bir çox monoqrafiya və kitabların, elmi məqalələrin müəllifi, nüfuzlu elmi konqreslərin iştirakçısıdır.
Əd.: “Azadlıq ” qəzeti, 18.07.2013