Şamaxı r-nu ərazisində dağ. Dağ vaxtilə xələc tayfasına mənsub yaylaq yeri olduğu üçün belə adlandırılmışdır. Xalac variantında da qeydə alınmışdır. Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.241