(? – 1462) – Şirvanşah [1417-62]. Dərbəndilər sülaləsindən idi. Atası Şirvanşah I İbrahimin ölümündən sonra hakimiyyətə keçmişdi. Onun dövründə Şirvanşahlar dövləti Qaraqoyunluların vassallığından azad oldu. 1460 ildə Samur çayı sahilində Şirvana soxulmuş Səfəvi Şeyx Cüneydin qoşununu məğlub etdi. Döyüş zamanı Şeyx Cüneyd öldürüldü. Bununla da Səfəvilər və Şirvanşahlar sarayı arasında uzun müddət davam edən düşmənçiliyin əsası qoyuldu. I Xəlilüllah dövründə ticarət və sənətkarlıq inkşaf etdi, Bakıda və s. şəhərlərdə geniş abadlıq işləri aparıldı.
Əd.: ASE, X cild, Bakı, 1987, s.76