(1926, Moskva ş. – 1969, İran) – gəmiçi, uzaq səfərlər kapitanı. Bakı Dənizçilik Məktəbini bitirmişdir. Xəzər Dəniz Gəmiçiliyi İdarəsində “Moskva”, “Azərbaycanlı”, “Dağıstan”, “Özbəkistan” və “Türkmənistan” gəmilərində kapitan köməkçisi işləmişdir. Sonralar isə “Türkmənistan”, “Pioner”, “Nebit-Dağ” gəmilərində kapitan olmuşdur. SSRİ-dən ilk dəfə Yəmənə benzin çatdıran onun kapitanı olduğu “Nebit Dağ” tankeri olmuşdur. Bu səfər SSRİ-nin qəzet və jurnallarında geniş işıqlandırılmışdır. Qırmızı Əmək Bayrağı ordeni, SSRİ Dəniz Donanmasının Fəxri İşçisi adına layiq görülmüşdür.
Məlumat O.Veysovun ailəsindən alınmışdır.