Dağ çaylarının əmələ gətirdiyi səfalı və mülayim iqlimli vadilərdə salınmış dağ kəndləri. Çox vaxt belə kəndlərin əkin sahələri vadinin aşağılarında, biçənək və otlaqlar isə dağların hündür sahələrində yerləşirdi. Vadi kəndləri əksər halda çayın bir, bəzən isə hər iki sahilini əhatə edirdi. Adətən evlər sahil boyunca salınırdı. Zarat, Ərçiman, Talışnuru Pirsaat çayı vadisində, Pirbəyli Qozlu çayı vadisində, Acıdərə və b. Pirsaat çayının orta axarı boyunca yerləşir.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.25