Osman Ömər oğlu Vəhiddəddin Şirvani, (1094/95- ?) – dahi alim, ictimai xadim. Şirvandakı Darül-Ülumda və Elmi-ədəbdə atası Ömər Kafiəddindən sonra ikinci şəxs idi. Çox ciddi və geniş elmi yarışlar mühitində doğulmuşdu. O vaxtkı Şirvan mühitində olan elmi istiqamətlərin əksəriyyətinə yiyələnmişdi.
Dərin mühakimə yürütdüyünə görə hələ uşaqlıqdan adına “vəhy” mənasını (“Allah vergisi”, “misilsiz”) daşıyan təxəllüs verilmişdi. Tibb, fəlsəfə, nücum kimi elmlər sahəsində daha böyük müvəffəqiyyət qazanmışdı. Məharətli təbib, əczaçı və cərrah olan Vəhidəddin həm də geniş elmi-ictimai fəaliyyət göstərirdi. Xaqani Şirvani əmisi oğlu Vəhidəddin haqqında yazırdı: “O, tibbdə Bukrat (Hippokrat), nücumda Buzurcmehr, hikmətdə Qüstə, nəzmdə Sabi, nəsrdə Xəlil, elmi-ədəbdə Çahizə bərabər, elmdə ibn Muskaveyh və ibn Subuveyhdən üstün idi”.
Əd.: E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.31-35