Şamaxı r-nu ərazisində dağ. Bir sıra tədqiqatçıların fıkrincə, dağın adı türk dillərindəki takır (bitki örtüyü olmayan, zəif bitki örtüyü) sözünün fonetik variantıdır. Dağın fiziki-coğrafi keyfiyyətləri də bu fikri təsdiqləyir. Türkiyə (Tekirtaq), Türkmənistan (Takırkol), Qazaxıstan (Takır, Ak-Takır), Xakas (Taxırtaq), Kabardo-Balkar (Baştakır), Tuva (Taxır Tayqa), Rusiya (Tagil, Nijni Tagil) toponimiyasında da bu coğrafı termin işlənmişdir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” Bakı, II cild, “Şərq-Qərb”, 2007, s. 229