(30.3.1908, Şamaxı ş. – 14.1.1993, Bakı) – pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi (1978), dosent (1973), Zaqafqaziya Hərbi-Hazırlıq Məktəbini, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
Müxtəlif sahələrdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına rəhbərlik etmişdir (1938-40). Sovet-fin və İkinci Dünya müharibəsində iştirak etmişdir. 1944 ildə ordudan tərxis olunmuş və Azərbaycan KP MK-da təlimatçı işləmişdir. “Uşaqgəncnəşr” nəşriyyatının yaradıcısı və rəhbəri olmuş (1945), Qiyabi Pedaqoji İnstitutunun (QPİ) dekanı (1949-51), QPİ-nin elm və tədris işləri üzrə prorektoru (1951 ildən), daha sonra isə ömrünün sonuna kimi APİ-nin prorektoru vəzifəsində çalışmışdır.
“Şərəf nişanı” və “Birinci dərəcəli Vətən müharibəsi” ordenləri və medallarla, SSRİ maarif əlaçısı, Azərbaycan SSR xalq maarif əlaçısı döş nişanlarları ilə təltif edilmişdir.
Məlumat Sabir Fondunun prezidenti S.Tahirlidən alınmışdır.