XINISLI
Azərbaycan Respublikasının Şamaxı şəhərindən 1-1,5 km şimal-qərbdə qədim məskən və qəbiristan. Arxeoloji qazıntılar (1958 ildən) nəticəsində zəngin maddi mədəniyyət nümunələri, pul dəfinəsi və s. aşkar edilmişdir. Yaşayış məskəni müxtəlif təbii və siyasi hadisələrlə əlaqədar dəfələrlə öz yerini dəyişmişdir. Mədəni təbəqənin qatı Kür-Araz mədəniyyətinə aiddir. Gil qablar, daş və sümükdən alətlər, silahlar, buranın ilk Tunc dövründə böyük yaşayış yeri olduğunu göstərir.