ÜNSİZADƏ Səid Əbdülrəhman oğlu
(1845, Şamaxı – ?) – Azərbaycan naşiri, maarifçi. “Ziya” və “Ziyayi Qafqaziyyə” qəzetlərinin naşiri və redaktoru, ruhani. “Hami” təxəllüsü ilə şeirlər yazmış, “Beyt üs-Səfa” ədəbi məсlisinin üzvü olmuş, 1883 ildə Tiflisdə nəzmlə yazılmış qiraət kitabını nəşr etdirmiş, əsasən, islam ideologiyasını təbliğ etmişdir. 1890 ildə Türkiyəyə köçmüşdür.
Əd.: ASE, IX c., Bakı, 1986, s. 494