QALEYBUĞURD
Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 20 km şimal-qərbdə, Ağsu çayının sağ sahilində, Niyaldağ silsiləsinin ətəyindədir. Әhalisi 801 (2009) nəfərdir, 192 təsərrüfatı var. Tam orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var. Yaxınlığındakı qədim Buğurt (Qalaye-Buğurd) qalasının adını daşıyır. Yazılı mənbələrdə adı ilk dəfə 13 əsrdən məlumdur. Qalanın özü isə arxeoloji qazıntılara görə, 11 əsrdən mövcuddur. Buğurd qalasını 1538 ildə Səfəvi hökmdarı I Təhmasib dağıtmışdır.