İKİNCİ CABANI
Şamaxı r-nu İkinci Cabanı kənd i.ə.d.-nin mərkəzi. Keçmiş adı Cabanı olmuşdur. Cabanı yaylasının yamacında yerləşdiyi üçün belə adlandırılmışdır. Rayon mərkəzindən 6 km şimal – şərqdə, Şamaxı-Dəmirçi şose yolundan 4 km və Pirsaat çayından 3 km aralı, dağ ətəyindədir. Әhalisi 457 (2009) nəfərdir, 125 təsərrüfatı var. Orta məktəb, klub, kinoqurğu, tibb məntəqəsi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.