HACI MƏHƏMMƏDƏLİ ŞİRVANİ
Hacı Məhəmmədəli Axund İsgəndər oğlu (ədəbi təxəllüsü Fani; təqr. 1783, Şamaxı ş.- 1859) – Azərbaycan alimi, səyyah, tarixçi, mütəfəkkir, maarifçi, ədib, şair. Hacı Zeynalabdin Şirvaninin qardaşı, ailəsi 1785 ildə İraqın Kərbəla şəhərinə köçmüşdür. Hacı Məhəmmədəli Kərbəlada təhsil almış, 19 əsrin əvvəllərində təqribən 30 il ərzində Yaxın və Orta Şərq ölkələrini, Hindistan və Orta Asiyanı səyahət etmişdir.