GƏRAYBƏYLİ Ağasadıq Ağəli oğlu
(15.3.1897, Şamaxı – 5.12.1988, Bakı ) – Azərbaycan aktyoru. Azərbaycan SSR xalq artisti (1940). 1910-12 illərdə Bakıda H.Әrəblinskinin rəhbərlik etdiyi həvəskar dram dərnəyində, sonralar “Nicat” və “Səfa” cəmiyyətlərinin, Z. və Ü.Hacıbəyov qardaşlarının teatr truppalarında çıxış etmiş, burada Sadıq xan (“Ağa Məhəmməd şah Qacar”, Ә. B. Haqverdiyev), şah Təhmas (“Nadir şah”, N. Nərimanov), Rza bəy, Soltan bəy, Nofəl (“O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun”, Ü.Hacıbəyov) və s. rolları oynamışdır. 1921-33 illərdə Bakı Azad Tənqid-Təbliğ Teatrının (sonralar Bakı Türk İşçi Teatrı) və bir müddət Azərbaycan Dram Teatrının aktyoru olmuş, bir sıra yadda qalan səhnə obrazları yaratmışdır: