DƏMİRÇİ
Şamaxı r-nunun Dəmirçi kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 32 km şimalda, Şamaxı – Lahıc yolu kənarında, Pirsaat çayının sağ sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Әhalisi 582 (2009) nəfərdir, 102 təsərrüfatı var. Tam orta məktəb, klub, kitaxana, tibb məntəqəsi, doğum evi; orta əsrlərə aid qədim qəbiristan var. Dəmirçi palçıq vulkanı kənddən 2,5 km cənub-şərqdədir.