(1946, Şamaxı ş.) – kimyaçı, kimya elmləri namizədi (1992), professor, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010), Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1991-95 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Həmkarlar İttifaqının sədri olmuşdur. 1995 ildən ADNA-nın prorektorudur. “Vinilxloridin alınması” və “Buğda artımının stimulyatoru” adlı ixtira və patentlərin müəllifidir. SSRİ idman ustasıdır. Dəfələrlə keçmiş SSRİ miqyasında turnirlərin qalibi olmuşdur.
Məlumat N.Şıxıyevdən alınmışdır.