(18.12.1915, Şamaxı ş. – 22.2.1975, Bakı) – Azərbaycan neftçi alimi, texnika elmləri doktoru (1962), professor (1964). Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsini bitirmiş, Marksizm-Leninizm Universitetində ikinci ali təhsil almışdır.
II Dünya müharibəsinin iştirakçısıdır. “Azneft” birliyinin su təsərrüfatı istismarı şöbəsinin rəisi (1949-54), Azərbaycan Politexnik İnstitutu hidravlika və hidravlik maşınlar kafedrasının müdiri (1955), mexanika fakültəsinin dekanı (1956), axşam təhsili üzrə prorektor (1960), texnoloji fakültənin ilk dekanı (1962) vəzifələrində çalışmışdır. Elmi-praktiki fəaliyyətində Ejektor EŞZ yeni konstruksiyası xüsusi yer tutur. Hidravlika və hidravlik maşınlar üzrə yeni, bütün istehsal prosesini əyani olaraq əks etdirən laborator bazaların yaradıcısıdır.. Ölkədə və xaricdə dərc olunmuş 80-dən artıq elmi əsərin müəllifidir. Elmin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1962).
Məlumat ailəsindən alınmışdır.