Azərbaycan Respublikasında düzənlik. Kür-Araz ovalığının bir hissəsi. Şimalda Acınohur ön dağlığı, Qaraməryəm tirəsi, şimal-şərqdə Ləngəbiz silsiləsi və s. ilə əhatələnir. Kür çayı vasitəsilə Qarabağ, Mil və Muğan düzlərindən ayrılır.
Səthi şimaldan cənuba meyillidir. Hün. şimalda 100 m-ə çatır. Cənub və cənub-şərq hissəsi okean səviyyəsindən alçaqdır. Әsasən, boz-çəmən torpaqları yayılmışdır. Bitki örtüyü yarımsəhra tiplidir. Әlican, Türyan, Göyçay, Girdiman, Ağsu çaylarının aşağı axını Şirvan düzündədir. Yuxarı Şirvan kanalı və torpaqların meliorasiya vəziyyətini yaxşılaşdırmaq üçün Baş Şirvan kollektoru çəkilmişdir. Taxıl, üzüm, meyvə becərilir. Heyvandarlıqla məşğul olunur.
Əd.: ASE, X cild, Bakı,1987, s. 540