Azərbaycan Aşıq sənəti məktəbləri içərisində Şirvan aşıqları özünəməxsusluqla fərqlənir. Bu fərq çöl mədəniyyəti ilə şəhər mədəniyyətinin fərqləri miqyasındadır. Şirvan aşıq mədəniyyəti muğam sənətilə sıx bağlıdır, bütün ifalar “pişrəv”lə (öndəgedər) başlayır. Pişrəvlərin hamısı muğam cümlələrindən ibarət olur. Bu da Şirvan aşıq məktəbinin şəhər mədəniyyətilə sıx bağlılığından xəbər verir. Zurna, balaban (bir ifacı), nağara və saz ifası böyük bir ansamblı xatırladır. Aşıq sözləri muğam oxuma sənətinə yaxın tərzdə aydın tələffüz edir. Saz ilə heca vəznində, tar ilə isə əruzda yazılan şeirlər ifa olunur. Şirvan aşıqları uzun əsrlər boyu ənənəni yaşadıb günümüzə çatdırmışlar.
Şirvan aşıqları Azərbaycan aşıq ənənəsinin davamıdır. Bu sənət vahid kökdən, bir mənşədən qaynaqlanır və fərqli şəraitlərdə bir sıra özəlliklər qazanır. Belə özəlliklərin yaranmasında tarixi-mədəni şəraitin də, coğrafiyanın da, folklor mühitinin, demoqrafık vəziyyətin, etnoqrafik gerçəkliyin və s. rolu vardır.
Bu qədim ərazidə 13 əsrdən (Şirvanlı Molla Qasımdan) üzü bu yana 500 nəfərdən artıq aşığın, 250 nəfərdən artıq el şairinin yaşadığı müəyyənləşdirilmişdir. Bunlar hələlik əsərlərindən az-çox bizə nümunələri gəlib çatanlardır. Kim bilir, dönə-dönə Şamaxını viran qoyan zəlzələlər, saysız-hesabsız müharibələr, basqınlar, 1905-18 il qırğınları, 1920, 1930-37 illərdə yandırılan şəxsi arxivlər, mədrəsə və mollaxana, kitabxanalarda və s. nə qədər şairlərin, dərvişlərin, aşıqların adları əbədilik unudulmuş, əlyazmaları məhv edilmişdir.
Ötən əsrin 1980 illərindən Şirvan folklor, poeziya, aşıq mühitləri ilə bağlı ardıcıl, ciddi apardığımız tədqiqatlar, eləcə də folklor təcrübəsi zamanı Şirvan bölgəsinə səfərlərdən tələbələrin köməyi ilə regionu ətraflı öyrənmiş, 700 nəfərdən artıq aşıq, 200 nəfərdən artıq el şairi, sinədəftərlər haqqında məlumatlar toplamış, əsərlərindən nümunələr, eləcə də şəkil və əlyazmalarını əldə etmişik. Bu sənətkarların təxminən, 400 nəfər aşığın, 150 nəfər el şairinin Şamaxı və Qobustan ərazisindən olduğunu dəqiqləşdirmişik.
Şamaxı-Qobustan aşıqları və el şairləri
Molla Qasım Şirvanı (13 əsr, Şamaxı – yenə oarada), Məlik Kürəli Şirvani (14 əsr, Şamaxı ş. – Dərbənd, Kürə k.), Bayat Abbas (16 əsr, Dərbənd, Kürə k. – yenə orada), Şirvanlı Dostu (16-17 əsr, Şamaxı – yenə orada), Saleh Şirvani Molla Dadaş oğlu (18 əsr, Şamaxı, Dədəgünəş k. – yenə orada), Aşıq Soltan (Barıdday Soltan, 1710, Şirvan mahalı, Bico k. – 1806, yenə orada), Aşıq Sadıq Adıgözəl oğlu (1801, Şirvan mahalı, Gəmüstü k. – 1873, yenə orada), Aşıq Rüstəm (18-19 əsr, Şamaxı qəz., Xilə obası – yenə orada), Aşıq Ağaməmməd Cavad oğlu (1805, Şamaxı qəzası, Şamlı obası -1875, yenə orada), Aşıq İslam Bayram oğlu (1808, Şamaxı qəzası,Əngəxaran k. – 19 əsrin sonu, yenə orada ), Aşıq Oruc Mürşüd oğlu (1810, – Şamaxı qəz., Tircan k. – 1882, yenə orada), Aşıq Babaş Məsim oğlu – 18-19 əsr,Şirvan mahalı, Kolanı elatı – yenə orada), Aşıq Qəhrəman (18-19 əsr, Şamaxı ş. – yenə orada), Aşıq Baba Rəxsah (18-19 əsr, Şamaxı qəz., Kalva k. – yenə orada), Aşıq Mövsüm Süleyman oğlu (19-20 əsr, Şirvan mahalı, Xilə elatı – yenə orada), Aşıq İbrahım Hacı Gülü oğlu (1840, Şamaxı qəz., Əngəxaran k. -1920, yenə orada), Aşıq Qənimət Nağdalı oğlu (1838, Şamaxı qəz., Göylər k. – 1910, yenə orada), Aşıq Xeyrulla Əli oğlu (19-20 əsr, Şamaxı qəz., Xilə elatı – yenə orada), Aşıq İsmayıl Vəli oğlu (19 əsr, Şamaxı qəz., Xilə k. – 1910, yenə orada), Aşıq İmran Qasım oğlu (19 əsr, Şamaxı qəz., Xilə k. – 1916, yenə orada), Aşıq Şirmirhüseyn Bayram oğlu (19 əsr, Şirvan mahalı, Ağdərə k. – 1918, yenə orada), Aşıq Bayram Talış oğlu (19 əsr, Şamaxı qəz., Yuxarı Qalabazar k. – 1902, yenə orada), Aşıq İbad Cəfər oğlu (19 əsr, Şamaxı qəz., Xilə elatı – yenə orada), Aşıq Süleyman Məşədi Sadıq oğlu (19 əsr, Şamaxı ş. – yenə orada), Aşıq Dadaş Manaf oğlu (19 əsr, Şamaxı ş. – yenə orada), Aşıq Saleh Musa oğlu (19 əsr, Şamaxı ş. – yenə orada), Aşıq Mürşüd Məşədi Sadıq oğlu (19 əsr, Şamaxı ş. – 1902, yenə orada), Aşıq Sultan Xasməmməd oğlu (1860, Şamaxı ş. – 1905, yenə orada), Aşıq Mirəli Ağalı oğlu (1850, Şamaxı ş. – 1905, yenə orada), Aşıq İsmayıl Baba oğlu (1860, Ağdaş r. Abad obası – 1934, yenə orada), Aşıq Süleyman İmran oğlu (19 əsr, Şamaxı qəz., Xilə k. – 1915, yenə orada), Aşıq Aslan İmran oğlu (1860, Şamaxı ş. – 1921, yenə orada), Aşıq Nurəddin Sadıq oğlu (1860, Şamaxı qəz., Əngəxaran k. – 1927, yenə orada), Aşıq Həsənbala Atabala oğlu (1862, Şirvan mahalı, Cimi k. – 1916, yenə orada), Aşıq Daşdəmir Bayram oğlu (1868, Şamaxı qəz., Əngəxaran k. – 1928, yenə orada), Aşıq Sərdar Məşədi Mirəli oğlu (1869, Şamaxı ş. – 1918, yenə orada), Aşıq Mənsim Kərbəlayi Nadir oğlu (19 əsr, Şamaxı ş. – 1902, yenə orada), Aşıq Mürsəl Babaş oğlu (19-20 əsr, Şamaxı qəz., Dağ Kolanı elatı – yenə orada), Aşıq Surxay Qasım oğlu (19 əsr, Şamaxı qəz., Dağ Kolanı elatı – yenə orada), Aşıq Mustafa Soltan oğlu (1876, Şamaxı qəz., Xilə elatı – 1935, yenə orada), Aşıq Mənsim Fərzi oğlu (19 əsr, Şamaxı qəz., Xilə elatı – 1935, yenə orada), Aşıq Fərəc Mövsüm oğlu (19 əsr, Şirvan mahalı, Cəyirli obası – 1916, yenə orada), Aşıq Sədrəddin İlyas oğlu (19 əsr, Şamaxı qəz., Əngəxaran k. – 1918, yenə orada), Aşıq Seyidəli Qasım oğlu (19 əsr, Şamaxı qəz., Əngəxaran k. – 1918, yenə orada), Aşıq İsmi Məmmədnəbi oğlu (1868, Şamaxı qəz., Sündü k. – 1922, yenə orada), Aşıq Əsəd Murad oğlu (19-20 əsr, Şirvan mahalı, Paşalı k. – yenə orada), Aşıq Hüseyn Məmməd oğlu (19-20 əsr, Şamaxı qəz., Qaraməryəm k. – yenə orada), Aşıq Salman Məşədi Teymur oğlu (1868, Şamaxı ş. – 1902, yenə orada), Aşıq Tapdıq Sarı oğlu (19 əsr, Şamaxı ş. – 1905, yenə orada), Aşıq Əziz Süleyman oğlu (19-20 əsr, Şamaxı qəz., Xan k. – yenə orada), Aşıq Canalı Həsənalı oğlu (1878, Şamaxı qəz., Nabur k. – 1946, yenə orada), Aşıq Ramazan Eyvaz oğlu (19 əsr, Şamaxı qəz., Məlhəm k. – 1918, yenə orada), Aşıq Mirzə Bilal Mustafa oğlu 1872, Şamaxı qəz., Qəşəd k. -1937), Aşıq Mərdan Soltan oğlu (19 əsr, Şamaxı qəz., Dağ Kolanı elatı -1918, yenə orada), Aşıq Musa Məşədi Tapdıq oğlu (19 əsr, Şamaxı qəz., Xilə elatı – 1919, yenə orada), Aşıq Mirzə Abdul oğlu (19 əsr, Şamaxı qəz., Xilə elatı – 1916, yenə orada), Aşıq Feyruz Misir oğlu (19 əsr, Şamaxı qəz., Xilə elatı -1930, yenə orada), Aşıq Cəlal Xanalı oğlu (19 əsr, Şamaxı qəz., Ağsu k. – 1924, yenə orada), Aşıq Zahid (19 əsr, Şamaxı ş. – 1902, yenə orada), Aşıq Şıralı Xanalı oğlu (1874, Şamaxı ş. – 1937, yenə orada), Aşıq Sirac Buludxan oğlu (19 əsr, Şamaxı ş. – 1936, yenə orada), Aşıq Musa Məhəmməd oğlu (19 əsr, Şamaxı qəz., Dağ Kolanı elatı – 1918, yenə orada), Aşıq Soltan Muxtar oğlu (19 əsr, Şamaxı qəz., Dağ Kolanı elatı – 1932, yenə orada), Aşıq Mirzə Ağaqasım oğlu (19 əsr, Şamaxı qəz., Dağ Kolanı elatı – 1930, yenə orada), Aşıq Qurban Müzəffər oğlu (1886, Şamaxı qəz., Ağdərə obası -1944, yenə orada), Aşıq Cənnətalı Bəyalı oğlu (1887, Şamaxı qəz., Talışnuru k. – 1972, yenə orada), Aşıq Nuralı Ağalı oğlu (19 əsr, Şamaxı ş. – 1937, yenə orada), Aşıq Nizam Nadir (1888, Şamaxı qəz., Sündü k. – 1943, yenə orada), Aşıq Daşqın Zeynal oğlu (1885, Şamaxı ş. – 1937, yenə orada), Aşıq Xalıd Mustafa oğlu (1886, Şamaxı qəz., Göylər k. – 1942, yenə orada), Aşıq Soltanəli Mirzəli oğlu (1890, Şamaxı qəz., Şamlı obası – 1943, yenə orada), Aşıq Xankişi Manaf oğlu (1888, Şamaxı qəz., Şamlı obası -1948, yenə orada), Aşıq İsmayıl İlyas oğlu (1892, Şamaxı ş. -1944, yenə orada), Aşıq Nadir Adil oğlu (1894, Şamaxı ş. – 1943, yenə orada), Aşıq Sərdar Məşədi Nağı oğlu (1896, Şamaxı ş. -1945, yenə orada), Aşıq Siracəddin Sədrəddin oğlu (1899, Şamaxı ş. -1943, yenə orada), Aşıq Bəyalı Ağalı oğlu (1899, Şamaxı ş. -1944, yenə orada), Aşıq Feyzi Əbil oğlu (19 əsr, Şamaxı qəz., İkinci Çağan k. – 1964, yenə orada), Aşıq Maqsud Bala oğlu (1899, Şamaxı qəz., Dədəgünəş k. -1948, yenə orada), Aşıq Hümbət Sadıq oğlu (1894, Şamaxı qəz., Nabur k. -1959, yenə orada), Aşıq Süleyman Güləhməd oğlu (1899, Şamaxı qəz., Nabur k. -1943, yenə orada), Aşıq Şakir Aşıq Ramazan oğlu (1900, Şamaxı qəz., Məlhəm k. – 1960, yenə orada), Aşıq Abbas Ağabala oğlu (1902, Şamaxı qəz., Cəyirli k. -1966, yenə orada), Aşıq Xanbala Yarbala oğlu (1905, Şamaxı qəz., Şamlı k. -1947, yenə orada), Aşıq Sərbət Alməmməd oğlu (1909, Şamaxı qəz., Çarhan k. – 1980, yenə orada) , Aşıq Balakişi Allahverdi oğlu (1909, Şamaxı qəz., Osmanbəyli k. – 1966, yenə orada), Aşıq Allahverdi Əliyev (1912, Şamaxı qəz., Damlamaca – 1979, yenə orada) , Aşıq Ağalar Aşıq Bilal oğlu (1913, Şamaxı qəz., Qəşəd obası – 1979, yenə orada), Aşıq Barat Əhməd oğlu (1915, Şamaxı qəz., Cəyirli k. – 1997, yenə orada), Aşıq Əbil Vəliməmməd (1920, Şamaxı qəz., Zəngəbiz k. -1994, yenə orada), Aşıq Soltanmurad Sadıq oğlu (1922, Şamaxı qəz., Sündü k. – 1961, yenə orada), Aşıq Əhmədalı Ağalı oğlu (1922, Şamaxı qəz., Ərəbşahverdi k. – 1988, yenə orada), Aşıq Şirsoltan Məhəmməd oğlu (1924, Şamaxı qəz., Nabur k. – 1988, yenə orada), Aşıq Süleyman Abdulla oğlu (1926, Şamaxı qəz., Şamlı obası – 1998, yenə orada), Aşıq Xanmusa Musaxan oğlu (1926, Şamaxı qəz., Şamlı obası), Aşıq Mirzə Cəfər oğlu (1926, Şamaxı qəz. – 1994, yenə orada), Aşıq Baba Eyvazov (1928, Şamaxı qəz., Dərəkənd k. – 1999, yenə orada), Aşıq Atabala Xanbala oğlu (1929, Şamaxı qəz., Şamlı obası -1998, yenə orada), Aşıq Məzahir Zabit oğlu (1929, Şamaxı ş. – 2007, yenə orada), Aşıq Şahpələng Aşıq Şakir oğlu (1930, Şamaxı, Məlhəm k. – 1990), Aşıq Məmmədağa Ağaxan oğlu (1930, Şamaxı, Cəyirli k. – 1977, yenə orada), Aşıq Bəybaba Xası oğlu (1932, Şamaxı r., Paşalı k. – 1983, yenə orada), Aşıq Xanış Xeyrulla oğlu (1932, Şamaxı r., Nabur k. – 2006, yenə orada), Aşıq Səhrab Aşıq Feyzi oğlu (1932, Şamaxı, II Çağan kəndi -1981, yenə orada), Aşıq Əvəz Fərman oğlu (1934, Şamaxı r., Şıxzərli k. – 2006, yenə orada), Aşıq Əliağa Əbil oğlu (1934, Şamaxı, Tağılı k.), Aşıq Ağakişi Aşıq Balakışı oğlu (1935, Şamaxı r., Osmanbəyli k. – 1986, yenə orada), Aşıq Şərbət Aşıq Cənnətalı oğlu (1935, Şamaxı r., Talışnuru k.), Aşıq Əzizxan Xeyrulla oğlu (1937, Şamaxı r., Nabur k.), Aşıq Hacalı Sahibcan oğlu (1938, Şamaxı r., Quşçu k. – 1983, yenə orada), Aşıq Əsəd (Qarabala, 1938, Şamaxı r., Ərəbşalbaş k. – 1976, yenə orada), Aşıq Rza Əlisa oğlu (1944, Şamaxı r., Təklə-Mirzəbaba k. – 1993, yenə orada), Aşıq Habil Xasay (1945, Şamaxı r., Avaxıl k. – 1998, yenə orada), Aşıq Mahmud Ələsgər oğlu (1947, Şamaxı r., Şıxzərli k. – 2002, yenə orada), Aşıq Ağaxan Talışxan oğlu (1948, Şamaxı r., Şıxzərli k.), Aşıq Abbas Musaxan oğlu (1954, Şamaxı r., Şıxzərli k.), Aşıq Ağamurad Balamurad oğlu (1964, Şamaxı r., Mərzəndiyyə k.), Aşıq Vüqar Aşıq Mahmud oğlu (1970, Şamaxı r., Şıxzərli k.), Aşıq Xamis Aşıq Xanış oğlu (1976, Şamaxı r., Nabur k.)
Seyfəddin Qəniyev,
filologiya üzrə elmlər doktoru,
Tariyel Qəni,
filologiya üzrə fəlsəfə doktoru
Əd.: “Şirvan aşıqları və el şairləri”, Bakı, 1992.
“Şirvan aşıqları”, Bakı, 1994.
“Şamaxı”, Bakı, 1994.
“Şirvan folklor antologiyası”, Bakı, 1996.
“Mən Abbasam, Cəyirlidir məkanım”, Bakı, 1999.
“Şirvanlı Aşıq Mirzə Bilal”, Bakı, 2000.
“Qobustan”, Bakı, 2005.
“Şirvan el şairləri”, Bakı, 2007.