Şamaxı r-nunun Saqiyan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində, Kükeş dərəsi hövzəsindədir. Əhalisi 412 nəfərdir (2009), 88 təsərrüfatı var. Kənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Zarxı Xoylu adlanırdı. 19 əsrin bir sənədində Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan kənd icması daxilində Zarxı adlı kənd (22 ailə, 151 nəfər) qeydə alınmışdır. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin şərəfinə Şirvanzadə adlandırılmışdırr. 1992 ildə kəndə Xoylu adı qaytarılmışdır. 1994 ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 220
N.Bəndalıyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.157