Azərbaycan Respublikasının Şamaxı şəhərindən 25 km cənubda, Bağırlı kəndi ərazisində nekropol. Sahəsi 20 – 25 ha – dır. Küp qəbirlərdən ibarətdir. 1964 ildə süni gölün yaradılması zamanı üstü açılmış və fasilələrlə tədqiq edilmişdir.
Ölülər müxtəlif istiqamətlərdə dəfn olunmuşdur. Küplərin xaricinə axirət dünyaya inamla bağlı olaraq xörək, içkilər və s. doldurulmuş müxtəlif ölçülü təsərrüfat və məişət qabları, içərisinə isə ölünün şəxsi silahları, bəzək şeyləri, şüşə qab-qacaq və s. qoyulmuşdur. Buradan tapılmış Sasani hökmdarları I Xosrov (531-579) və II Xosrovun (590-628) adından zərb edilmiş gümüş sikkələr nekropolun 7 – 8 əsrlərdən davam etdiyini göstərir.
Əd.: ASE, X cild, Bakı,1987, s. 516