Şamaxı-Bakı yolunun 10 kilometrliyində Acıdərə (Hacı dərə) adlanan ərazinin yaxınlığında yerləşir. Şeyx Əyyub Babanın (1730-1796) nəsli Әrəbqədim kəndindəndir. Məzarı ziyarətgaha çevrilmişdir.
Məzarın üstündə türbə 1832 ildə tikilmişdir. Qəbiristanlıqda olan ikinci türbə Şeyx Әyyub Babanın oğlu molla Məhəmmədindir. Molla Məhəmməd vəfat etdikdən sonra şeyxlik onun oğlu Әhməd Paşaya keçir. Böyük nüfuz sahibi olan Әhməd Paşanı hökumət 1888 ildə həbs etmişdir. O, təxminən, 1896 ildə Rusiyanın həbsxanalarının birində vəfat etmişdir.
Əd.: Cəfərzadə Ə., Qəniyev S., Alışov R., Rəsulov S. Şamaxı. B., 1994,s.39