(1898, Şamaxı – ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2004