(22.3.1922, Şamaxı r-nunun Çuxuryurd k. – 28.10.1986, Bakı)-Sovet İttifaqı Qəhrəmanı (18.8.1945), qvardiya mayoru. 1941 ildə Sovet Ordusuna çağırılmışdır. Bakı aeroklubunun yetişdirməsi olan Şeverdyayev Stalinqrad hərbi-hava məktəbini bitirmişdir (1942). İkinci Dünya müharibəsində (1941-45) hücumçu aviasiya diviziyasında xidmət etmişdir.
132 döyüş uçuşu keçirmiş, Svir, Visla, Narva, Oder və s. əməliyyatların iştirakçısı olmuş, Sovet Zapolyaryesinin azad edilməsində igidlik göstərmişdir. 1958 ildə ordudan buraxılmışdır. 1977 ildən Kalinin ad. Geofizika Cihazları İstehsalat Birliyində işləmişdir. Fərdi pensiyaçı idi. Lenin ordeni, 2 Qırmızı Bayraq, 2 dəfə 1-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.
Əd.: ASE, X cild, Bakı, 1987, s.484