(1958, Bakı) – xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2008). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
Hələ uşaq ikən “Oxu tar” müsabiqələrinin qalibi olmuşdur. Onun ifasında “Bayatı Qacar”, “Hümayun”, “Rahab” muğamları Azərbaycan Televiziyasının qızıl fonduna daxil edilmişdir. C.Qaryağdıoğlu adına muğam üçlüyü və Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblı ilə Azərbaycanın bir çox bölgələrində, həmçinin xarici ölkələrdə Almaniyada, Türkiyədə, Vyetnamda, Rusiyada və s. ölkələrdə müvəffəqiyyətlə konsertlər vermişdir. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasında çalışır.
Məlumat www.shamakhi-encyclopedia.az saytından götürülmüşdür.