Azərbaycanın bütün bölgələri kimi, Şamaxının da inkişafına daim yüksək diqqət və qayğı göstərmiş Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzi inşa edilmişdir. Ümummilli Liderin genişmiqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən 600 eksponatdan ibarət muzeyi, multimedia, foto, rəsm dərnəkləri, elektron kitabxana, kompyuter, konfrans və kino zalları olan mərkəz qapılarını 2009-cu ildə sakinlərin üzünə açmışdır.
Mənbə: “Şamaxı 2003-2013: HƏDƏFLƏR, İNKİŞAF, NƏTİCƏLƏR”