Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Dəmirçi Arxeologiya Muzeyinin açılışı olub


  • Prezident Şamaxıda

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın hər bir guşəsi maddi-mədəniyyət abidələri ilə zəngindir. Bu gün respublikamızın bir sıra bölgələrində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində bir çox maddi-mədəniyyət nümunələri üzə çıxarılıb, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Bu abidələrin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq, həmçinin arxeologiya muzeyləri önəmli rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə göstərilən qayğı muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir. Şamaxı rayonunun Dəmirçi kəndində yeni inşa olunan Arxeologiya Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət etməklə özündə bu prinsipləri nümayiş etdirir.

Məlumat verildi ki, Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi işlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Sakinlərin məşğuliyyəti ilə əlaqədar kəndin də adı dəyişib və Dəmirçi olub. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kəndin iqlimi mülayimdir, yayı sərin keçir. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, “Qala” və bulaq kompleksi inşa edilib. Dövlətimizin başçısının göstərişi ilə ölkəmizin ən qədim dini məbədlərindən olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Dəmirçi kəndinə səfərləri çərçivəsində kənd məscidinin yenidənqurmadan sonrakı vəziyyəti və burada yaradılan turizm infrastrukturu ilə tanış olublar.

Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.

Bildirildi ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar arasında saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələrə, o cümlədən silah və bıçaqlara, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altındakı parça qalıqlarıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsi hesab olunur. Bir qəbirdə skeletin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və camaat arasında xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.

Diqqətə çatdırıldı ki, muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar muzeyə gələn turistlərdə böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.ğ

 

Bənzər mövzular

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışı olub

Şamaxıda “ASAN Həyat” kompleksi istifadəyə verilib Prezident İlham Əliyev açılışda iştirak edib

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO