Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

ŞAMAXI RAYONU


  • Ş

samaxi_rayonu-web

Azərbaycan Respublikasında inzibati rayon. 1930 ildə təşkil edilmişdir. Böyük Qafqazın cənub-şərqində yerləşir. Sahəsi 1610 km2, əh. 87.4 min nəfərdir (1.1.2006). Mərkəzi Şamaxı şəhəridir.

Rayona Şamaxı şəhəri, Mədrəsə, Aşkar, Sabir, Yusif Məmmədəliyev, Şəhriyar qəsəbələri və Əngəxaran, Kələxana, Böyük Xınıslı, Pirbəyli, Bağırlı, Ovçulu, Hacıqədirli, Dağ Göylər, Dağ-Bağırlı, Çöl-Göylər, Acıdərə, Yenikənd, Hacılı, Əhmədli, Dədəgünəş, Çağan-1, Çağan-2, Cabanı, Həmyəli, Dəmirçi, Zarat Xeybəri, Səfalı, Qaleybuğurd, Keçmədin, Qaladərəsi, Sis, Avaxıl, Laləzar, Mirikənd, Muğanlı, Qaravəlli, Məlcək, Şirvan, Şərədil, Mərzəndiyə, Çıraqlı, Çarhan, Adnalı, Nüydü, Çuxuryurd, Məlhəm, Talışnuru, Qonaqkənd, Məlikçobanlı, Kərkənc, Meysəri, Ərçiman, Birinci Çaylı, İkinci Çaylı, Qızmeydan, Yeni Qızmeydan, İkinci Cabanı, Quşçu, Saqiyan, Sabirli, Nağaraxana, Qurdtəpə kəndləri daxildir.

Səthi, əsasən, dağlıqdır (Baş Qafqaz silsiləsinin cənub yamacı, Nialdağ və Ləngəbiz silsilələri). Ərazisinin maks. hünd. 2500 m-ə çatır. Palçıq vulkanları, Yura-Antropogen çöküntüləri yayılmışdır.

Faydalı qazıntıları: yanar şist, bitum, gil, əhəngdaşı və s. Mineral bulaqları var. İqlimi mülayim istidir. Orta temperatur yanvarda – 4°C-dən 2°C-yədək, iyulda 15-25°C-dir. İllik yağıntı 300-800 mm-dir. R-nunun ərazisindən Pirsaat, Qozluçay və s. çaylar axır. Çimli dağ-çəmən, qonur dağ-meşə, şabalıdı, boz-qonur, şorakətvarı boz-qonur və s. torpaqlar yayılmışdır. Meşələri (palıd, vələs, ardıc, saqqızağacı və s.) var. Yüksək dağlıqda subalp və alp çəmənləri geniş yayılmışdır. Dağ-çöl və yarımsəhra bitkiləri səciyyəvidir. Canavar, tülkü, boz dovşan, meşəpişiyi, xallı maral, daşlıq dələsi, qumsiçanı, ilan, kəklik, qırqovul, göyərçin və s. məskunlaşmışdır. Pirqulu Dövlət Təbiət Qoruğu buradadır.

Rayonun iqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tutur. Dövlət müəssisələri və özəl müəssisələr – bu sahələrin inkişafı və istehsal edilən məhsulların emalı üzrə var.

Rayonda 72 ümumtəhsil məktəbi, 23 məktəbəqədər tərbiyə müəssisəsi, pedaqoji məktəb, Şamaxı Mədəni-Maarif Texnikumu, AMEA-nın Nəsirəddin Tusi ad. Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Geofizika Mərkəzi, 39 klub, 53 kitabxana, S.Ə.Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyi, M.Ə.Sabirin ev-muzeyi, 44 tibb müəssisəsi və s. var.

Çoxlu sayda tarixi-arxeoloji və memarlıq abidələri – qalalar (9-15 əsrlər), türbələr (15-17 əsrlər), körpülər (15 əsr), memarlıq kompleksi (13 əsr) və s. qeydə alınmışdır.

Əd.: Azərbaycan Milli Ensiklopediyası “Azərbaycan” cildi, Bakı, 2007, s. 871

 

 

Bənzər mövzular

ŞAMAXI DÖVLƏT SƏNAYE-İQTİSAD KOLLECİ

ŞİKAROV Daşqın Məzi oğlu

ELM VƏ TƏHSİL

ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI (ŞAR)

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31
  • Elxan Elatlı: “Yavaş-yavaş olsa da, Azərbaycanın Şerlok Holmsu yaranır”

    1905.az portalının suallarını yazıçı Elxan Elatlı cavablandırdı. – Elxan müəllim, Yu...

  • BƏNDƏLİYEV Nurəddin Səməndər oğlu

    (1936, Şamaxı r-nunun Dağ Kolanı k.) – coğrafiyaçı, coğrafiya elmləri namizədi...

  • YÜZBAŞOV Rəmzi Möhsün oğlu

    (5.5.1906, Şamaxı ş. – 30.10.1990, Bakı) – Azərbaycan coğrafiyaçısı, coğrafiya elmləri...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO