Çar һökumətinin 1846 il dekabr tarixli inzibati islaһatına əsasən Zaqafqaziyada təşkil edilmiş 4 quberniyadan (Tiflis, Kutaisi, Şamaxı, Dərbənd) biri. Azərbaycan ərazisinin әsas һissәsi Şamaxı quberniyasının tərkibinə daxil idi. Mərkəzi Şamaxı şəhəri olan quberniyanın tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi. Şamaxı şəhəri zəlzələ nəticəsində dağılandan (1859) sonra quberniyanın inzibati mərkəzi Bakıya köçürüldü və o, Bakı quberniyası adlandırıldı.
Əd.: ASE, X cild, Bakı, 1987, s.459