Azərbaycan muğam sənətində istiqamətlərdən biri. 19 əsrin 2 – ci yarısında intibah dövrünü yaşayıb. Məhz o zaman Şirvan vilayətinin şəhər və kəndlərindən olan yaradıcı insanlar və ifaçılar Şamaxı muğam məclisləri ətrafında birləşdilər.
Muğam sənətinin bu istiqamətinin inkişafında ən mühüm rolu ən böyük məclisin yaradıcısı, xeyriyyəçi Mahmud ağa qoymuşdir. Xeyli dərəcədə onun sayəsində Azərbaycanın digər muğam məktəblərinin, eləcə də başqa ölkələrdən, o cümlədən İrandan olan musiqiçilərin və muğam ifaçılarının ənənələrini və yeniliklərini birləşdirən Şamaxı məktəbinin siması formalaşmışdır. Başqa muğam məktəblərində olduğu kimi, burada da dəstgahların özünəməxsus variantları yarandı. Şamaxı məktəbinin görkəmli nümayəndələri sırasında xanəndə Mirzə Məhəmmədhəsən xüsusi yer tutur.
Əd.: “Энциклопедия азербайджанского мугама” , Баку, “Шарг- Гарб”, 2012, стр. 245