Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

ŞAMAXI MUĞAM MƏCLİSLƏRİ


  • Ş

19 əsrin 2 – ci yarısında Şamaxıda məşhur mülkədar Mahmud ağa tərəfindən yaradılan və Şirvan zonasında xanəndəlik sənətinin inkişafında mühüm rol oynayan musiqili poetik məclislər.

Çox zaman Mahmud ağanın məclisi adlandırılırdı. Mahmud ağa Əhməd ağa oğlu (1826-96) bütün Qafqazda tanınmış musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat – incəsənət humayəçisi idi.

O, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi. O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur.

Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi “Beytüs-Səfa” adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu. O, öz malikanəsində musiqili gecələr keçirmək üçün düzəltdirdiyi xüsusi salonda tez-tez xanəndələrin müsabiqəsini keçirir, birinci yerləri tutanlara qiymətli hədiyyələr və mükafatlar verirdi. Mahmud ağanın musiqi məclisinin sədası nəinki bütün Qafqazda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda belə yayılmışdı.

19 əsrin 2-ci yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə düşürdilər. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı knyaz Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur. Mahmud ağanın musiqi məclislərində yerli musiqiçilərlə birlikdə Tiflis, Qarabağ, İran musiqiçiləri də çıxış edirdilər. Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdı oğlu kimi dövrünün məşhur xanəndələri Mahmud ağanın qonağı olub, onun təşkil etdiyi musiqi məclislərində iştirak etmişlər.

Bir çox tarixi sənədlərdən məlumdur ki, bu sənətkarlar içərisində Mahmud ağanın ən çox hörmət bəslədiyi və tez-tez Şamaxıya dəvət etdiyi xanəndə Hacı Hüsü və tarzən Sadıqcan olmuşdur. Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edib onlara klassik Şərq musiqisindən təlim verərmiş. Onun məclisi bütün Cənubi Qafqazda musiqiçilər üçün bir növ sənətkarlıq məktəbi idi. Burada ifaçılıq təlimi alan və çalğısı bəyənilən hər bir musiqiçi təqdir olunardı.

Şamaxıda yetişmiş Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olmuşlar. O zaman Şamaxı musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı.

Azərbaycanın hər yerindən oxuyan, çalan, oynayan Şamaxıya gəlib Mahmud ağa qarşısında öz sənətini nümayiş etdirməyə can atardı. Təsadüfi deyildir ki, Mahmud ağanın adı və Şamaxı musiqi məclisi bu gün də xatırlanır və örnək kimi göstərilir.

Əd.: Azərbaycan Muğam Ensiklopediyası, Bakı, “Şərq-Qərb”, 2012, s. 243

Bənzər mövzular

ŞAMAXI DÖVLƏT SƏNAYE-İQTİSAD KOLLECİ

ŞİKAROV Daşqın Məzi oğlu

ELM VƏ TƏHSİL

ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI (ŞAR)

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31
  • BABAYEV Mayis Sərkər oğlu

    (18.7.1961, Şamaxı r-nunun Təklə k.) – yer elmləri üzrə fəlsəfə doktoru...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO