(7.3.1908, Bakı – 1997, Bakı) – Azərbaycan boyakarı, Azərbaycanın xalq rəssamı (1982), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1940), Nasir adına Beynəlxalq mükafat laureatı (1974).
Azərbaycan Dövlət Rəssamlıq Tenikumunu və Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Yaradıcılığının erkən dövründə əsasən tematik tablolar çəkmiş (“Sap sexi”, 1930, “MTS-in açılışı”, 1932, “Gəncə toxuculuq fabrikində”, “Komsomolçular iş vaxtı”, 1930 illər), sonralar portret ustası kimi məşhurlaşmışdır. Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tematik tabloların, portret və mənzərələrin müəllifidir. (“Günəş altında”, 1958, “N.Nərimanovun portreti”, 1958, “Sovxoz çölləri”, 1959, “Suya gedən qadınlar”, 1968, “Çay plantasiyası”, 1970, “Rezervuarlar”, 1976, “Lənkəran çaybecərənləri”, 1977, “Toya gedənlər”, 1974-82, “S.A.Orucovun portreti”, 1979-82). S. dəfələrlə Yaxın və Orta Şərq ölkələrində (Misir, İraq, Liviya və s.) olmuş, bu ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaratmışdır (“Ərəb ölkələrində” silsiləsi, 1961-70).
Dünyanın bir sıra şəhərlərində fərdi sərgiləri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında və s. muzeylərdə saxlanılır. “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, VIII c., Bakı, 1984, s.267