(28.8.1965, Ukrayna Respublikası, Kiyev ş.) – Azərbaycan sənətşünası, sənətşünaslıq üzrə elmlər doktoru (2002), professor. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1987 ildən Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutunda çalışır. İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir (1996-2010), 2010 ildən isə direktorudur.
Türkoloji sənətşünaslıq sahəsində ixtisaslaşır. “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalının baş redaktorudur (2010 ildən). 2009 ildə Memarlıq və İncəsənət üzrə Respublika Problem Şurasının sədri təyin edilmişdir. Azərbaycan Memarlıq-İnşaat Universitetinin dizayn kafedrasının professorudur. Bakı, İstanbul, Daşkənd, Almatı, London, Budapeşt, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunmuş, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr olunmuş 160-a yaxın elmi məqalənin müəllifidir. Rusiya, İtaliya, Tunis və Moldovada keçirilmiş bir sıra elmi konfransların iştirakçısıdır.
Məlumat AMEA-nın rəsmi saytından (http://science.ab.az) götürülmüşdur.