Şamaxı r-nunun qərbində dağ. Hün. 725 m. Əsl adının Sığırçıxmaz olduğu söylənilir. Türk dillərində sığır sözünün “inək” mənasında işlənməsini nəzərə alaraq “inək çıxa bilməyən dağ” kimi izah olunur. Türk dillərində “xam göndən tikilmiş ayaqqabı” da sağır adlanır. Görünür, dağ yamacının dikliyinə görə oraya sağır adlanan ayaqqabı ilə çıxmaq mümkün olmadığından dağ belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 169