(?-?) – 15 əsr Azərbaycan xəttatı, Şamaxıda və Təbrizdə yaşamışdır. Şamaxıda Şirvanşah Fərrux Yəsarın (1462-1500) sarayında, sonralar isə Təbrizdə Ağqoyunlu hökmdarı SultanYaqubun (1478-90) kitabxanasında fəaliyyət göstərmiş, bir sıra bədii əsərlərin üzünü köçürmüşdür. Yusif Әmirin “Divan”ı (15 əsr, Ayasofiya kitabxanası, İstanbul), “Kəlilə və Dimnə” (1447, Sipəhsalar mədrəsəsi, Tehran), “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London), Hafizin və Kamal Xocəndinin şeirlərindən ibarət əlyazması (1473, Topqapı muzeyi, İstambul) ən yaxşı işlərindəndir.
Əd.: ASE, X cild, Bakı,1987, s. 513