Pirsaat çayı ilə Qozlu çayın arasında yerləşir. Yerli əhali arasında Sərdəxana kimi adlandırılan yayla hazırda yazılı ədəbiyyatda Sərdıxan kimi qeyd olunur. Sərdəxana ətrafındakı kəndlərin (Zarat Xeybəri, Səfalı, Pirbəyli və s.) tat dilində danışmasına əsasən ehtimal etmək olar ki, bu dağın adı ilk formasında “Sərdəxanu” olmuşdur.
İran dillərində sərd-“soyuq” və xanu-“bulaq”, “su mənbəyi” mənasını bildirir. Bu ehtimal yayladakı soyuq sulu bulaqların olması ilə də uzlaşır. Göründüyü kimi bu toponimdə zaman keçdikcə sonrakı “u” səsi ondan əvvəlki, “a” səsinın təsiri altında “a” səsinə çevrilmişdir.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.196