Şamaxı r-nu Şərədil kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin Şərədil yaylasındadır. Əhalisi 577 nəfərdir (2009), 147 təsərrüfatı var. Kənddə beşulduzlu “Şamaxı Palas” oteli fəaliyyət göstərir. Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. 19 əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, “şoranlaşmış quru torpaq zolağı” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 214
N.Bəndalıyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.165