Şamaxı r-nu ərazisində, Pirsaat çayının yuxarı axınının sol tərəfində yerləşir. Yaylanın şimali-şərq hissəsi Əhmədli, Hacılı kəndlərinə məxsusdur. Cənub-şərq hissəsi isə Bağırsaq dərəsi isə hüdudlanır. Şəkərxanı yaylasının bir hissəsi Seyidlər yeri və Quru dağ adlanır. Yayla Şəkərxonu adlanır. Bizcə, bu yerli əhalinin tələffüzünə uğramış təhrifdir. Çünki yaylanın əsl adı Şəkərxan olmalıdır. Şəkər şəxs adı, xan isə tituldur.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.214