(15.10.1907, Şamaxı ş. – 30.12.1963, Bakı) – Azərbaycan neftçi alimi. Texnika elmləri namizədi (1944). Azərbaycanın əməkdar mühəndisi (1960). SSRİ Dövlət mükafatı laureatı (1946, 1951). Azərbaycan Neft İnstitutunu bitirmişdir.
Müxtəlif qazma idarələrinin rəhbəri (1936-43), “Azneft” birliyi qazma şöbəsinin rəisi (1944-45), “Dənizneft” birliyinin baş mühəndisi, baş direktorun müavini (1945-52) vəzifələrində çalışmışdır. Kemerovo vilayətinin Borisovsk neftqazmakəşfiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir. Tədqiqatları dənizdə neft quyularının qazılması, turbinlə qazıma və elektrik qazıması məsələlərinə aiddir. Dəniz neft yataqlarının kəşf edilib mənimsənilməsində, dənizdə qazıma üçün fərdi özül konstruksiyalarının işlənilib hazırlanmasında iştirak etmişdir. Azərbaycan SSR Ali Sovetinin (5 çağırış) deputatı olmuşdur. Qırmızı Əmək Bayrağı, 3 dəfə Şərəf Nişanı ordenlərinə layiq görülmüşdür.
Əd.: ASE, VIII c., Bakı, 1984, s.408
Avropada və Asiyada neft-qaz təmayüllü ilk texniki ali təhsil müəssisəsi. Bakı, “Çaşıoğlu”, 2010, s.396