1. 1770 Samuil Qmelin: Şamaxı keçmiş şöhrəti və varidatı üçün yalnız özünün bol ipəyinə borcludur. Onun əyalətlərində hasil edilən qiymətli ipək məhsulu indi də Şamaxının keçmiş əzəmətini yaşadır. İpək Şamaxını məşhur ticarət mərkəzinə çevirmişdir.
2. 1858 Аlеksаndr Dümа : Pаrisdən çоx-çоx uzаqlаrdа – Şаmаxıdа Mоntеrоnun, Cаffаnın, Fоntеlblоnun çəkdikləri pоrtrеtləri, frаnsızcа dаnışаn аdаmlаr gördüm. Bütün bunlаr аdаmа qеyri-аdi təsir bаğışlаyırdı.
3. Mühəndis K.İ.Xatilov:Şamaxını yenidən tikəcəklər, həyat öz məcrasına dönəcək, dəhşətlər və səfalət yavaş-yavaş yaddaşlardan silinəcək.
4. Həmdullah Qəzvini: Şamaxı Şirvanın qəsəbəsidir. Beşinci iqlimə daxildir (tül dairəsi 82º30´, ərz dairəsi 40º39´). Ənuşirəvan adına tikdirmişdir. Havası istiyə maildir. O, (Şirvanın) qalan yerlərinə nisbətən ən yaxşısıdır.
5. XVII əsr Türk tarixçisi Münəccimbaşı: Yəzidiyyə şəhərini 918-ci ildə Şirvan hakimi olan Əbu Tahir Yəzid saldırmışdır.
6. XIV əsr Arif Ərdəbili: Şirvanşah Axsitan (XII əsr) Şamaxı yaxınlığında dağda daş hasarla dövrələnmiş əlçatmaz Gülüstan qalasını tikdirmişdi. Qalanın yuxarı hissəsində daşdan yonulmuş çox gözəl qabarıq insan üzləri təsvir olunmuşdur.
7. 1404 Kastilya səfiri Rui Qonzales de Klavixo: Burada çoxlu ipək toxunur, oraya ipək almaq üçün hətta Genuya və Venesiya tacirləri də gəlirlər
8. 1293 Marko Polo: Burada şəhərlər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçaları toxunur; belə gözəl parçaları dünyanın heç yerində görməzsən
9. 1394-1427 Səyyah Şiltberger:İpəyin ən yaxşı növü Şirvandan (Şamaxıdan) aparılır və ondan Dəməşqdə, Kaşanda, Bursada yaxşı parçalar toxunur. İpək qismən Venesiyaya və Lukkaya da ixrac olunur və bu yerlərdə ondan əla məxmər toxuyurlar
10. 1227 Yaqut əl-Həməvi:Yəzidiyyə Şirvan vilayətinin (əsas) şəhərinin adıdır: qədimlərdə o, Şamaxı adı ilə də məşhur olmuşdur.
11. 1227 Yaqut əl-Həməvi:Şamaxı Şirvanın paytaxtı olan abad bir şəhərdir.
12. 1275/6 Zəkəriyyə əl-Qəzvini: Bu qalada daş təsvirlər və heykəllər var. Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumət evi (dar əl-minarə) var. Onun qapısında yazılmışdır: “Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. On brincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır.