(21.1.1960, Şamaxı ş.) – fizik, fizika üzrə fəlsəfə doktoru (1970), dosent. Bakı Dövlət Universitetini bitirmişdir. Əsas tədqiqat sahəsi A və F spektral sinifli ulduz atmosferlərinin tədqiqi, model usülu ilə ulduzların kimyəvi tərkibinin təyini, mikroturbulentliyin analizi, ulduzların təkamül parametrlərinin təyini ilə əlaqədardır. 50-dən artıq elmi məqalənin,”Astrofizikadan mühazirələr“ dərs vəsaitinin müəllifidir.
Məlumat Z. Səmədovdan alınmışdır.