(25.8.1911, Şamaxı ş. – 1985, Bakı) – coğrafiyaşünas, hidroloq. Coğrafiya e.d. (1959), professor (1960). Azərbaycan SSR əməkdar elm xadimi (1982). İkinci Dünya müharibəsinin iştirakçısıdır. Moskva Hidrometeorologiya İnstitutunu bitirmişdir (1947), Azərbaycan SSR Hidrometeoroloji Xidmət İdarəsində Hidrologiya şöbəsinin müdiri işləmiş, ADU-da dərs demişdir. 1953 ildən Azərbaycan SSR EA Coğrafiya İnstitutunda şöbə müdiri; 1962-68 illərdə həmin institutun direktoru olmuşdur. Rüstəmov “SSRİ-nin hidroqrafiyasına aid materiallar, Azərbaycan SSR-in çayları” (4 cilddə, rusca, B., 1955-58) monoqrafiyasının müəllif və redaktorlarından, “Azərbaycan SSR atlası”-nın (B,-M., 1963) tərtibçilərindən biridir. Elmi kadrların hazırlanmasında xidməti var. İngiltərə (1964) və İsveçrədə (1967) beynəlxalq elmi müşavirələrdə məruzələr etmişdir.
Əd.: ASE, VIII cild, Bakı, 1984, s.236