(22.11.1922, Bakı – 1992, Bakı) – Sovet İttifaqı Qəhrəmanı (23.2.1945), qvardiya polkovniki. 1941 ildə Sovet Ordusuna çağırılmışdır. Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir. Böyük Vətən müharibəsində Oryol, Bryansk, Belorusiya, Pribaltika və Şərqi Prussiyanın azad edilməsində igidlik göstərmiş, Berlinədək döyüş yolu keçmişdir. 265 döyüş uçuşu və 64 hava döyüşü keçirmiş, düşmənin 18 təyyarəsini vurmuşdur. Müharibədən sonra Sovet Ordusu sıralarında qalaraq təyyarə eskadrilyası komandiri vəzifəsində işləmişdir. 1951 ildə Qırmızıbayraqlı Hərbi Hava Akademiyasını bitirmişdir. 1966 ilin avqustunda ehtiyata buraxılmışdır. Uzun müddət Bakı Aeroportunun rəisi işləmişdir. Lenin ordeni, 3 Qırmızi Bayraq ordeni,Aleksandr Nevski ordeni, I və II dərəcəli Vətən Muharibəsi ordenləri və Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
Əd.: ASE, III cild, Bakı, 1979, s.266